29 Mart 2024

Oğuzda at ağır qəzaya səbəb oldu – Fotolar

Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.

Media1.az-ın “Report”a istinadla məlumatına görə, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

4312c236-98e7-36f6-a171-29984ccb7d85.jpg (98 KB)