19 Aprel 2024

Oğluna 4 arvad almaq istəyən müğənniyə sənətçi həmkarlarından etiraz

“Canım Şəbnəm, çoxlu uşağı olması üçün oğluna 4 arvad lazım deyil, ona sağlam bir qız al, çoxlu uşaq dünyaya gətirsin…”

“Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur. Çünki çox nəvə istəyirəm. Ona görə də arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim”.

Müğənni Şəbnəm Tovuzlunun bu açıqlaması xeyli müzakirələrə səbəb olub. Bəziləri sənətçinin bu sözlərini zarafatyana qəbul etsə də, bir qisim dinimizin bu məsələyə icazə verdiyini əsas gətirərək, onun fikrilərinə dəstək olub.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən bir kişinin yalnız bir arvadı ola bilər. Lakin İslam dininə əsasən kişi müəyyən şərtlər daxilində dörd arvad ala bilər, amma yenə bir arvadla kifayətlənməyi məsləhət görülür.

Mövzu ilə bağlı İlahiyyatçı Emil Rahiloğlu “Yeni Müsavat”a danışıb: “Din bir çox şeylərə icazə verir. Əlbəttə ki, dində nəzəri və əmrə hökmləri var. Beləliklə, dinin nəyəsə icazə verməsi artıq şəraitlə uyğunlaşır. Allah-tala bu məsələdə 4 qapını açıq qoyub, amma bu o demək deyil ki, istənilən insan istənilən şəraitdə bu icazədən sui-istifadə edə bilər. Quranda da qeyd olunub ”Biz 4 arvad almağa icazə veririk, amma bir arvad almaq məsləhətdir”. Bu kimi məsələlər adət-ənənələr, mental qaydalara əsasən tənzimlənir. Məsələn, İran İslam ölkəsidir, lakin orada belə bu məsələ qanunla tənzimlənir. Misal üçün, müvəqqəti siğə məsələsi sırf dövlət qanunlarına əsasən tənzimlənir, daha bizdə kimi, kim harada necə istəyir kimi olmur. Şəxs siğə etmək istəyirsə, notariusa gedir, tələb olunan qeydiyyatlardan keçir və yalnız bu zaman siğə rəsmi qeydiyyata alınır. Əks halda, yəni şəxslər rəsmi siğə olmadan bir yerdə yaxalanarlarsa, onları şallaq cəzası gözləyir. Və yaxud, İranda belə bir razılaşma olur, qadın bildirir ki, nə qədər mən sağam, ərim ikinci arvad ala bilməz. Bununla da kişi qanunla ikinci arvadla evlənə bilməz. Fərz edək ki, ölkəmizdə şəriət qanunları ilə ikinci arvadı almaq savabdır. Lakin bilirik ki, kişi gedib ikinci arvad alsa, birincisi evdən çıxıb gedəcək. Şəriət heç  vaxt qəbul etmir ki, bir savaba görə vacibatı tərk edəsən. Yəni kiminsə könlünü xoş etmək üçün qurduğun ailəni dağıdarsan. Din bunu məqbul saymır.

İslama həqarət edən deputata reaksiya gəldi - iki rəy

Emil Rahiloğlu

Bir daha qeyd edirəm ki, din əgər 4 arvad almağa icazə verirsə, o demək yeyil ki, sabah gedib hamımız 4 arvad almalıyıq. Din bu cür məsələlərdə hökm etmir, qapını açıq qoyur, kimin buna imkanı çatırsa, etsin, çatmırsa, yerində otursun. Bildiyim qədər, Malayziyada dörd arvad almaq qanundur. Bu ölkədə hər bir arvad növbəti arvad üçün elçilik edir. Bu artıq qanun şəklindədir və pis baxılmır”.

Bəs sənətçi həmkarları Şəbnəm Tovuzlunun bu fikrinə necə münasibət bəsləyir?

Nazilə Səfərli həbs olunub? — DİN-dən açıqlama

Nazilə Səfərli

Sənətçi Nazilə Səfərlinin cavabı bu cür oldu: “Canım Şəbnəm, çoxlu uşağı olması üçün oğlunun dörd arvad alması lazım deyil. Ona sağlam bir qız al, çoxlu uşaq dünyaya gətirsin. Allah verməyəndə elə dörd arvaddan da vermir. Düşünürəm ki, Şəbnəm Tovuzlu bunu, sadəcə, zarafatyana deyib. Çünki o, oğluna çox düşkündür. Xatırlayıram ki, bir dəfə səhər yeməyində onun evində qonaq olmuşdum. Həmin vaxt oğlu nəsə yerə yıxılmışdı, Şəbnəm evi, böyük-kiçiyi bir-birinə qatdı. Allah heç bir ailəyə belə bir şey qismət etməsin ki, oğlunun dörd arvadı olsun. Elə birinin xeyrini qismət etsin. Ümumiyyətlə, ailə dəyişmək çox pis şeydir. Şəxsən mən heç vaxt oğlum üçün belə bir şeyi arzu etmərəm. Eşitmişəm ki, peyğəmbərlərimizin də çox arvadı olub. Bu məsələyə görə onları müzakirə etmək mənim həddimə deyil. Lakin ümumilikdə deyə bilərəm ki, kişilərdə bir eqoistlik var və özlərini təsdiqləmək üçün dörd arvad almağı arzulayırlar”.

Axtarışda olan Afət Fərmanqızı ölkəni TƏRK ETDİ

Afət Fərmanqızı 

Müğənni Afət Fərmanqızı isə dörd arvadlılığı qətiyyən qəbul etmədiyini dedi: “Şəxsən mən bu məsələyə yaxşı baxmıram.  Onda ortalığa bir sual çıxır, əgər kişinin dörd arvadı olursa, onlardan hansını sevir? Sizcə, dörd arvadı sevə bilərmi? Əgər sevməzsə, deməli, birini sevib, digərini aldadacaq. Gəlib məntiqlə xəyanətə çıxırıq. Bu, xəyanətin açıq-aşkar formasıdır. Gizlin olanda adını xəyanət, açıq-aşkarda isə adını ər-arvad qoyuruq. Ər-arvadlıq belə olmur. Sevgi bir insanlar olur. Əgər tutmazsa boşanıb, gedib başqası ilə ailə qurursan. Bir daha qeyd edirəm ki, bu məsələyə yaxşı baxmıram”.

Əməkdar artist Elza Seyidcahan da bu cür məsələləri yaxşı qarşılamadığını bildirdi.

Xalidə GƏRAY,
“Yeni Müsavat”