08 Sentyabr 2024

Obyektiv siyasi həqiqət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edib. Prezident İlham Əliyevin Bakıda Qoşulmama hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında çıxışı zamanı olduqca önəmli mesajlarla yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğunu qeyd edib. Azərbaycan Prezidentinin Fransada, xüsusilə də mediada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin davam etdiyini də bildirdib. Prezident İlham Əliyev Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırıb. Eyni zamanda, Azərbaycan Prezidentinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığınıda diqqətə çatdırıb.

Bildiyimiz kimi Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təsisatdır. Ölkəmizin Qoşulmama Hərəkatındakı fəaliyyəti ölkəmizin dünya miqyasında önəmli mövqe tutuduğunu göstərir. Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uzaldılması bu quruma üzv olan dövlətlərin Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə yeni təşəbbüslər irəli sürərək Qoşulmama Hərəkatının daha da güclənməsinə töhfələr verib. Ölkə başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda konfransı keçirildi.

Qoşulmama Hərəkatı, eyni zamanda, Hərəkata üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi