Nyu-York metrosunda sərnişinlərə hücum olub, ölənlər və yaralananlar var

Nyu-York metrosunda silahlı hücumlar nəticəsində iki insan həlak olub, daha iki nəfər yaralanıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, Nyu-York metrosunda 4 nəfər naməlum şəxsin hücumlarına məruz qalıb. Bütün hücumlar metronun bir hərəkət xəttində edilib. Yaralılardan ikisi hadisə yerindəcə ölüb.
Nyu-York Polisi Departamenti şübhəli şəxsin axtarışlarına başlanıldığını bildirib. Hazırda müşahidə kameralarının görüntüləri araşdırılır, metronun patrul xidməti üçün əlavə olaraq 500 polis əməkdaşı cəlb edilib.