21 Dekabr 2024

Neftin qiyməti bahalaşıb

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar artaraq 64,75 dollar təşkil edib

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Media1.az AYNA-ya istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 64,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar bahalaşaraq 61,64 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar artaraq 64,75 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.