“Neftçi” 3 hücumçuya təklif göndərib
“Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.
43 yaşlı mütəxəssis bildirib ki, onlardan ikisi Macarıstanda və İsveçrədə oynayır, digəri isə uruqvaylıdır: “Qışda hansısa klubdan hücumçunu almaq asan deyil. İndiki halda ya icarəyə götürməliyik, ya da oyunçunun özü gəlmək istəməlidir. Sərbəst hücumçu tapmaq çox çətindir. Axtarışdayıq, gecə-gündüz bu işlə məşğuluq”.
Qeyd edək ki, “Neftçi” hazırda 24 xalla turnir cədvəlinə başçılıq edir.