Nazirlikdən Filarmoniyadakı görüntülərlə bağlı açıqlama
Bəzi KİV-lərdə Dövlət Akademik Filarmoniyasının ərazisində fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş növbəti video kadrlar yayılıb və görüntülərin yeni olduğu bildirilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildiriblər ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.
“Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınmış və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb.
Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, – deyə nazirlikdən bildirilib.