21 Fevral 2025

Nazirlikdən əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Yolların buz bağlaması hallarında Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyələr edib.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Tövsiyədə deyilir:

– ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

– ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

– yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

– sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

– yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

– sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.