21 İyun 2025

Nazir kapitana yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

media1.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Murad Qurbanov Mingəçevir Şəhər Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.