16 Aprel 2024

Nazim Hikmətin qaldığı mehmanxana muzey olacaq

Nazim Hikmətin Boluda müəllimlik etdiyi vaxt qaldığı Qatırçılar mehmanxanası muzey olacaq

Kulis.azın türk mediasına istinadən verdiyi xəbərə görə, iki il öncə Bolu Bələdiyyəsi yol çəkilişləri zamanı bu binanı söküb, başqa yerdə tikmək istəyib, lakin şəhərin mədəniyyət mərkəzi məhkəməyə müraciət edərək bu təşəbbüsün qarşısını ala bilib.

Artıq mehmanxanada restavrasiya işləri başlayıb. Binanın turistlərin ixtiyarına verilməsi üçün 3 milyon türk lirəsi xərclənəcək.