08 Sentyabr 2024

Navalnının ictimailəşdirdiyi “Putinin sarayı”nın əsl sahibi ortaya çıxdı

Rusiyalı müxalifətçi Aleksey Navalnının ortaya çıxardığı, Qara dəniz sahillərində, Gəlincik şəhəri yaxınlığında prezident Vladimir Putinə məxsus olduğu bildirilən böyük sarayın sahibi ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, RF prezidentinin yaxın dostu, milyarder Arkadi Rotenberqdir.

A.Rotenberqin sözlərinə görə, İdokopas burnunda yerləşən bu əsrarəngiz saray əslində oteldir və o, bundan gəlir götürmək məqsədilə istifadə edəcək.

Arkadi Rotenberq artıq uzun müddətdən bəri otel biznesi ilə məşğul olduğunu, Krımda, Uzaq Şərqdə və Altayda bir çox bu cür obyektlərə sahiblik etdiyini söyləyib.

Rusiyalı biznesmen otel-sarayın əsl sahibinin bir müddət aşkarlanmamasına da aydınlıq gətirib.

Onun bildirdiyinə əsasən, bu şəxsi ətrafında gəzən qalmaqallarla bağlıdır. Arkadi Rotenberq 4-5 il ərzində otelin istifadəyə tam hazır olacağını sözlərinə əlavə edib.