25 İyun 2025

Navalnını Moskvadan çıxardılar – “qırmızı zon”a aparırlar

Müxalifət fəalı cəzasını Vladimir vilayətinin Pokrov qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində çəkəcək

Məlum olduğu kimi, fevralın 20-də Moskva Şəhər Məhkəməsində müxalif siyasətçi Aleksey Navalnının şikayətinə baxılıb. Şikayət Moskva Şəhər Məhkəməsinin fevralın 2-də Navalnı barəsində çıxardığı hökmdən verilib. Həmin hökmə əsasən, Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli olduğu halda, ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib. Navalnının Almaniyada müalicədən qayıtdıqdan sonrakı dövrdə də qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Moskva Şəhər Məhkəməsi hökmü altı həftə azaldılmasına qərar verərək Navalnının həbs müddətini 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirib. O, cəzasını ümumi rejimli həbsxanada çəkməlidir.



Qeyd edək ki, Navalnı müharibə veteranı təhqir etdiyinə görə də məhkəməyə verilmişdi və bu iş üzrə qərara əsasən cərimələnib.
Media1.az Musavat com-a istinadən Federal Penitensiar Xidmətdəki mənbənin məlumatına əsaslanaraq xəbər verir ki, Navalnı Moskvadakı “Motrosskaya tişina” təcridxanasından çıxarılıb. O, Kolçuqinodakı istintaq təcridxanasına aparılıb və oradan Vladimir vilayətinin Pokrov qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə aparacaqlar. Bu cəzaçəkmə müəssisəsində moskvalı tanınmış fəal Konstantin Kotov da cəza çəkir.
Qanunvericiliyə görə həbsxana cəza almış şəxsin qeydiyyatda olduğu yaşayış yerində və ya yaxın bölgədə olmalıdır. Navalnın qeydiyyatda olduğu Moskvada ümumi rejimli həbsxana yoxdur. Bu səbəbdən onu yaxın bölgənin- Ryazan, Tver və ya Vladimir vilayətlərindən birinə aparmaq lazım gəlib.

Bildirilir ki, Vladimir vilayətindəki həbsxanalarda daxili qaydalar ciddidir(“qırmızı zon”da deyirlər) və məhkumların qadağan olunmuş əşyalardan, o cümlədən mobil telefonlardan istifadəsi mümkünsüzdür. Həbsxanada məhkumların digər məhkəmə instansiyalarına etdikləri müraciətlər buraxılmır, vəkillərin onlarla görüşməsinə icazə verilmir və s. Vladimirdəki həbsxanada məhkumların etirazları, onlara işgəncə və təcavüz faktları barədə də danışılır. Aydındır ki, Navalnın həbsxanaya aparılmasından sonra buradakı real vəziyyəti gizlətmək əvvəlki qədər asan olmayacaq.



Aleksey Navalnı 1976-cı ildə Rusiyada anadan olub. Milləyitçi baxışları ilə tanınır. 2013-cü ilin sentyabrında Moskva mer seçkilərində iştirak edib və 27 faiz səs toplasa da, Sergey Sobyaninə uduzub. Bundan sonra o, hakimiyyətin seçki saxtakarlığı etdiyini və faktiki olaraq daha çox səs aldığını iddia edib.

Navalnı milyonlarla izləyici olan öz bloqundan, “YouTube” və “Twitter” səhifələrindən Rusiya dövlət məmurları barədə korrupsiya ilə bağlı video və sənədlər yayımlayır.

Navalnı 2018 seçkiləri dövründə Rusiya Prezidentliyinə namizəd olmaq üçün kampaniyaya başlayıb, ancaq, Rusiyanın Mərkəzi Seçki Komissiyası onun namizədliyini qəbul etməyib və Rusiya Ali Məhkəməsi onun müraciətini rədd edib.

Onun Korrupsiyaya Qarşı Mübarizə Fondu Rusiyanın keçmiş baş naziri və son olraq prezidenti Putini korrupsioner adlandırıb, onların barəsində sənədli film hazırlayıb.