NATO Ukrayna üçün milyard dollarlıq fond formalaşdırır – Rutte

NATO ölkələri Ukraynaya “milyardlarla avro” və təhlükəsizlik zəmanətləri üçün töhfələr daxil olmaqla yeni yardım paketi hazırlayır.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra alyansın baş katibi Mark Rutte bildirib.
Bununla belə, Rutte hansı iştirakçı ölkələrin vəsait ayırmağa hazır olduğunu dəqiqləşdirməyib.
Trampın inaqurasiyasından sonra Vaşinqton Kiyevə yeni hərbi yardım paketləri barədə açıqlama verməyib. Fevralın 26-da Amerika lideri Ukraynaya silah və sursatın tədarükünün müvəqqəti dayandırıldığını təsdiqləyib. Ancaq o vurğulayıb ki, əvvəllər ötürülən resurslar Kiyevə Moskva ilə Vaşinqton arasında sülh razılaşması əldə olunana qədər hərbi əməliyyatları davam etdirməyə imkan verir.
Eyni zamanda, Tramp diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi dəstəyin bərpa olunacağını istisna etməyib.