NATO müdafiə nazirlərinin iclası keçiriləcək
Fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.
Toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.
İclasdan bir gün əvvəl – fevralın 13-də Baş katib mətbuat konfransı keçirəcək.
Bundan başqa, fevralın 14-də NATO-nun qərargahında ABŞ-ın təşəbbüsü ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun ayrıca iclası keçiriləcək.