NATO gəmiləri Ukraynada – son gərgin hadisələrin fonunda…
NATO-nun Hərbi-dəniz qüvvələrinin mina əleyhinə 3 gəmidən ibarət qrupu Ukraynanın Odessa limanın yanaşıb.
Media1.az Musavta.com-a istinadən xəbər verir ki, Şimali Atlantika Alyansına məxsus İkinci mina əleyhinə qrup (Standing NATO Mine Countermeasures Group Two, SNMCMG2) artıq dəniz vağzalına lövbər atıb. SNMCMG2-nin tərkibinə Türkiyədən “Sokullu Mehmet Paşa” təlim gəmisi, İspaniyadan “Tajo” mina tralı, Rumıniyadan “Locotenent Lupu Dina” gəmisi daxildir. Qrupa türk kapitan Yusuf Karagülle rəhbərlik edir.
Həmin gəmilər NATO-nun bu ilin 27 fevral-6 mart tarixlərində keçirilən “Poseidon21” adlı təlimlərdə iştirak edib. Rumıniyanın Konstansa limanında başlayan hərbi taktik manevrlərə Alyansın tərkibindəki müxtəlif ölkələrdən 13 hərbi gəmi, 9 təyyarə, o cümlədən 700 hərbi qulluqçu cəlb edilib.
Dünən Fransanın iki “Rafale” tipli qırıcı təyyarəsi “Şarl de Qoll” aviadaşıyıcısından qalxaraq mina gəmilərinin müdafiəsi təlimlərini icra ediblər.
Uçuş zamanı fransız təyyarələri açıq səmada İtaliyanın KS-76 yanacaqdoldurucu təyyarəsindən yanacaq tədarük edib. Təlimlər boyunca NATO-nun AVAKS tipl uzaq məsafəli radiolokasiya izləmə təyyarəsi tərəfindən Türkiyənin Konya şəhərindəki aviabazadan tam nəzarət həyata keçirilib.