“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə!
Ölkədə tətbiq edilən sərt karantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər. Belə ki, tətbiq vasitəsilə abunəçilər izahlı qaiməni dərhal ve rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə bilərlər. Tətbiq eyni anda vahid platforma üzərindən bir kliklə 5-dək hesabı idarə etməyə də imkan verir. Bundan başqa “Nar+” tətbiqinin onlayn çat xidməti müştəri xidməti funksiyasını yerinə yetirərək bütün sorğuları operativ şəkildə cavablandırır.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.