18 Oktyabr 2024

Naftalanda 4 yaşlı qızı ilan sancıb

Naftalanda 4 yaşlı qızı ilan sancıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində fərdi təsərrüfatlardan birində baş verib.

2017-ci il təvəllüdlü şəhər sakini Səmadzadə Zəhra Taleh qızı öz həyətlərində oynayarkən onu ilan sancıb. Təcili xəstəxanaya çatdırılan azyaşlı görülən çevik tibbi yardım sayəsində həyatda qalıb.

Hazırda durumu stabilləşib və müalicəsi davam edir.