08 Sentyabr 2024

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda qar yağır – FAKTİKİ HAVA

Bakıda hazırda yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Media1.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün saat 17:00-dan etibarən ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.