Müvəkkil Hüquq Mərkəzinin sədrinin İmirlidə araşdırmaları davam edir – FOTOLAR
Müvəkkil Hüquq Mərkəzinin “Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği” layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az- a açıqlamasında bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Dərləyəz mahalının Çivə kəndində doğulub kişik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış şəxslər İmran Nürəliyev, Əhəd Vəkilov, İslam Məmmədov, Yunis Sadıqov, Nəsib Calalov, Göyçə mahalının Mollalı kəndində doğulub İmirli kəndinə köç etmiş Baxış Fətəliyev, Dətələyəz mahalının Sallı kəndində doğulub kiçik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış Mehbalı (Möhüb) Həziyev və başqalarının şəxsi hekayəsini qeydə almışam. Şəxsi hekayələrdəki ağrı-acıları həyacansız dinləmək mükün deyil”.
Pərvanə Fərhadqızı
Fotolar