Mustafaağalı ATS-in sahə rəisi qiymətli avadanlıqların sıradan çıxmasını görməzlikdən gəlir
Bərdə rayonunun Mustafaağalı kəndində optik internet istifadəyə verilib. Kənddə genişzolaqlı sürətli internetin əlçatan olması sevindiricidir. Dövlətin müasir texnologiyaları kəndə tətbiq etməsi inkişafın analogiyası deməkdir. Ancaq sahə rəisi Maarif müəllimin nəzarətində olan qiymətli avadanlıqlara qəsd olunur. Bu sayaq internet xəttləri istismar olunsa kənd sakinlərinin sevinci çox çəkməz, yəqin ki.
Maarif müəllimə şəhid anası Əsli Muradova internet xəttinə qoşulmaq istəyini bildirəndə verilən cavab”hələ gözlə”olub. Telekommunikasiyadan çəkilişlə bağlı göstəriş veriləndən sonra şəhid anası Əsli Muradovanın evindəki internet xətti yenilənib. Ancaq necə? Evə yaxın qovşaqdan deyil, internet naqili uzaqdan götürülüb. İnternet naqili çox bərbad, dirəklərə bərkidilmədən, elektrik dirəkləri üzərindən keçirilməklə çəkilib.
Şəhid anası Əsli Muradova bildirib ki, külək əsəndə internet naqili yerə tökülüb. Qonşu Məzahir internet naqilini yığıb, dəstəkləyərək dirəkdən asıb. Naqillərin dirəkdən tökülməsi Maarif müəllimin nəzərinə çatdırılıb. Çəkilişin keyfiyyətlə yenilənməsi xahiş olunub. Ancaq Mustafaağalı ATSin sahə rəisi qiymətli avadanlıqların sıradan çıxmasını görməzlikdən gəlir.
Şəhid anası Əsli Muradovanın müraciətlərinə sahə rəisi Maarif müəllim nədənsə daim sayğısızlıq göstərir. Telekommunikasiya İdarəsindən xahiş olunur ki, dövlətimizin vətəndaşlarına ərmağan etdiyi yeni texnologiyaları belə məsuliyyətsiz mütəxəsisləri ümüdünə qoymasınlar. Tezliklə nöqsanın aradan qaldırılmasına yardımçı olsunlar.
#Aztelekom#Prezident#DaxiliİşlərNazirliyi#IVitseprezident