29 Mart 2024

Müharibənin gedişatı dəyişir – Ukrayna HƏRƏKƏTƏ KEÇDİ

Rusiyaya qarşı hücum üçün 8 briqada yaradılıb.

Media1.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Klimenko “İnterfax-Ukrayna” agentliyinə müsahibəsində bildirib ki, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb.

Nazir briqadaları silahla təchiz etdiklərini bildirib: “Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir”.

Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenko qeyd edib ki, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum hərəkətlərini yerinə yetirməkdir.

Ukraynanın daxili işlər naziri döyüş tapşırığı verildikdən sonra briqadaların müdafiə qüvvələrinin komandanlığına keçəcəyini vurğulayıb.