23 Dekabr 2024

“Muğam” televiziya müsabiqəsinin növbəti turu Ağdamda keçirilib

Mayın 31-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam” televiziya müsabiqəsinin növbəti turu Ağdam Muğam Mərkəzində baş tutub.

Media1.az-ın xəbərinə görə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Bərdə rayonu üzrə uşaq musiqi və incəsənət məktəblərinin direktorları da müsabiqənin iştirakçıları arasında olublar.

Qeyd edək ki, VIII Muğam Televiziya Müsabiqəsində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirakçı qismində çıxış ediblər.

Media1.az