Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
Namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb
Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.
Təhsil Nazirliyindən Media1.az-a verilən məlumata görə, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.