23 Fevral 2025

Mövlud Çavuşoğlu Soçiyə səfər edib FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Türkiyə XİN başçısı bu gün Soçiyə işgüzar səfərə gəlib.

Səfərin məqsədi Rusiya Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak etməkdir.

Qeyd edək ki, toplantı çərçivəsində M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Dağlıq Qarabağdakı vəziyyət və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi diqqət mərkəzində olacaq.