23 Fevral 2025

Moskvada polislə qarşıdurma: yaralananlar var – FOTOLAR

Puşkin meydanındakı aksiyaya 4 minədək insan qoşulub 

Moskvada müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən mitinq zamanı polislə toqquşmalar baş verib.

AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, aksiya iştirakçıları arasında yaralananlar var.

Qarşıdurma zamanı xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının olub-olmaması hələlik bilinmir.

Qeyd edək ki, Puşkin meydanındakı aksiyada 4 minədək insanın iştirak etdiyi bildirilir.