08 Sentyabr 2024

Moskva razılaşması: yolların açılması türk cümhuriyyətlərinin bağını yaradır

Kommunikasiyaların bərpası Ermənistanda revanşistlərin havasını endirəcək, Türkiyə-Orta Asiya iqtisadi yolunun logistik mərkəzi Azərbaycan olacaq, Avropanın da yolu açılır…

Moskvada keçirilən üçtərəfli anlaşmadan biri də kommunikasiyaların bərpasına nəzarət mexanizminin təşkili oldu. Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri üçtərəfli komissiyanın yaradılmasını razılaşadırdılar. Üçtərəfli komissiyaya baş nazirlərin müavinləri daxil olur. Onlar kommunikasiyaların bərpasına nəzarət edəcəklər.

Komissiyanın yaradılmasının və kommunikasiyalar istiqamətində planın rəsmiləşdirilməsinin əhəmiyyəti barədə erməni mediası olduqca maraqlı icmal verib. Erməni mətbuatı prosesi Prezident İlham Əliyevin qələbəsi adlandırıb. Sitat: «Əliyev Putinlə görüşdə Qafqazda yeni nəqliyyat konfiqurasiyasını elan etdi”. Beləliklə, Azərbaycan Ermənistan ərazisindən Naxçıvan və Türkiyə ilə dəmir yolu rabitəsi alır, Ermənistan Rusiyaya və İrana Azərbaycan ərazisindən birbaşa dəmir yolu rabitəsi alır, eləcə də Rusiya və Türkiyə dəmir yolları birləşir.

Bunların gerçəkləşməsi istiqamətində atılan addımlar həqiqətən də Azərbaycanın triumfu sayıla bilər. Naxçıvanla kommunikasiyaların açılması Azərbaycan və Türkiyə üçün həyati və strateji əhəmiyyət daşıyır. Və Moskva görüşündə Azərbaycan bütün gücünü bu istiqamətdə prosesin irəliləməsinə qoymuşdu. Hesab etmək olar ki, alındı. Bu, faktiki olaraq “Mehri dəhlizi” – Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geo-iqtsadi əhəmiyyəti artacaq.

Prezident Moskva görüşündə açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”

 Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a qeyd etdi ki, Moskva görüşü İ.Əliyevin regionun şəriksiz lideri olduğunu göstərdi. Komitə sədri hesab edir ki, Prezidentin fəaliyyəti təkcə Azərbaycanın yox, bölgənin tərəqqəsinə yönəlib: “Bunu təkcə erməni mətbuatı deyil, 44 günlük müharibədə qazandığımız zəfərdən sonra erməni ictimaiyyəti də təsdiqləyir, İlham Əliyevi qalib sərkərdə saymaqla yanaşı, həm də özlərinin xilaskarı kimi görürlər. Eyni zamanda Prezidentin müharibə dövründə 30-dan çox ölkənin tanınmış agentliklərinə, televiziyalarına verdiyi müsahibədə ədalətli mövqeyini dünya gördü, yüksək qiymətləndirdi. Bunun ardınca Moskva görüşünün xüsusi əhəmiyyəti var. Çünki 10 noyabr anlaşması pandemiya səbəbindən videokonfrans şəklində olmuşdu. 11 yanvar görüşü isə ilk canlı təmas idi. Görüşdə cənab Prezidentin inamlı və məntiqə söykənən çıxışında təkcə bizim yox, regionun maraqlarını önə çəkməsi Rusiya ictimaiyyəti, dünya tərəfindən müsbət qarşılandı”.

M.Quliyevin sözlərinə görə, görüşdə müsbətə doğru addımlar atılıb, İşçi Qrupunun yaradılması, təmasların aktivləşdirilməsi, nəqliyyat-kommunikasiyanın açılması regiona sülh gətirəcək addımlardır: “Artıq sülhyaratma dövrü gedir və həmin dönəmi yaşayırıq. Bu proses nə qədər sürətlə getsə, region xalqlarına, o cümlədən ermənilərə faydalıdır. Ona görə də Prezidentin təşəbbüsü ilə kommunikasiyaların açılması müsbət addımdır. Əvvəlcə iqtisadi, sonra humanitar, mədəni əlaqələr bərpa olunacaq. Bizim istədiyimiz nədir? Prezident dedi ki, münaqişə keçmişdə qaldı. Deməli, bu mövzu artıq tarixçilərin işidir”.

Fərhad Mehdiyev: “Bəyanatın qəbul edilməsi diplomatiyamızın zəifliyidir” »  Toplum.tv Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Fərhad Mehdiyev

Siyasi ekspert Fərhad Mehdiyevin sözlərinə görə, Azərbaycan üzərindən Rusiya mallarının Ermənistana ikitərəfli daşınması milli maraqlara zidd deyil, əksinə, daha yaxşıdır: “Bizim də Naxçıvana maneəsiz insan və yükdaşımamız təmin olunacaq. Diqqətəlayiq digər məsələ də ondan ibarətdir ki, Zəngilan-Qubadlıdan Naxçıvana gedən tranzit yüklərdən Ermənistan hansısa gömrük, ya da tranzit rüsumu istəyə bilməz. Halbuki biz öz ərazimizdən daşınacaq tranzit erməni malları ilə bağlı MDB çərçivəsində mümkün olan rüsum və xərc tətbiq edə biləcəyik. Bundan başqa, ictimai təhlükəsizlik, ictimai qayda, fitosanitar təhlükəsizlik səbəbləri ilə müvəqqəti olmaq üzrə olsa da, erməni mallarının tranzitinə məhdudiyyətlər qoya biləcəyik”.

Ekspert hesab edir ki, nəqliyyat xətlərinin açılması, kommunikasiyaların bərpa edilməsi Ermənistanda revanşistlərin havasını endirəcək: “Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması üçün iki ölkə arasında münasibətlərin yumşalması vacibdir.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

 Natiq Cəfərli

«İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Naxçıvanla əlaqələr bərpa olunacaq, deməli, bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə – Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq: “Bura Avropa və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və İrandan yükdaşımaların qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə türk cümhuriyyətlərinin bağı yaranır”.

Ekspert vurğulayıb ki, Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə də sərhədləri açmaqdır: “Ermənistanın da dünyaya açılmasının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir, başqa alternativ yoxdur”.

İqtisadçı deyib ki, Naxçıvan (Mehri) dəhlizinə tam Rusiya nəzarət edəcək, bu, müəyyən diskomfort yaradır, amma neytrallaşdırma yolu da var: “Rusiya-Ermənistan dəhlizinə də biz nəzarət edəcəyik, bizim üzərimizdən keçəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqsa, əvəzində Rusiya-Ermənistan dəhlizində maneələr görəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”