Möhübbət Səmədoğlu Fəxri diplomla təltif edilib – FOTO
Möhübbət Səmədoğlu (Hacı Möhübbət Dərləyəzli) Müvəkkil Hüquq Mərkəzinin fəxri diplomu ilə təltif edilib.
Bu barədə MHM-nın rəhbəri Səməd Vəkilov QHT.az-a məlumat verib. S.Vəkilov bildirib ki, İdarə Heyətinin 7 oktyabr 2023-cü il tarixli iclasında Möhübbət Səmədoğlunun Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının tanınmasında göstərdiyi xidmətlərə görə fəxri diploma layiq görülüb.
Qeyd edək ki, Möhübbət Səmədoğlu 1973-cü ildə anadan olub, əslən Şərur-Dərələyəz qəzasının Çivə kəndindəndir. Ailələri 1951-ci ildə Bərdə rayonunun İmirli kəndinə deportasiya edilibdir. O, Texniki Universitetin Avtomobilin İstismarı fakültəsini Yol hərəkətinin təşkili və təhlükəsizliyi ixtisası üzrə bitirib. Uzun illər iş adamı və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Hazırda Qərbi Azərbaycan Dərələyəz icmasının Çivə kənd icmasının rəhbəri və Keşkənd icmasının sədr müavinidir.
Pərvanə Fərhadqızı