25 Sentyabr 2022

Mirmahmud Mirəlioğlu Türkiyəyə aparıldı

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.

Media1.az xəbər verir ki, yaxınlarının APA-ya verdiyi xəbərə görə, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.

O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb.

KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.