MİQ imtahanları ilə bağlı məlumat namizədlərə göndərilib

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndərilib.
Təhsil Nazirliyindən Media1.az-a verilən xəbərə görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək.