MİQ-də şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Media1.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 30-dan avqustun 2-dək keçirilən vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.