27 Avqust 2025

Mingəçevirdə “Tullantısız gələcək” devizi altında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Tullantısız gələcək” devizi altında növbəti maarifləndirici tədbir təşkil edib. Tədbir Mingəçevir şəhəri Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi İctimai Birliyinin ofisində baş tutub.

Layihə rəhbər Aytən Hüseynovanın bildirdiyinə görə, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir.

Məişət tullantılarının zibil qutularına atılmaması antisanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı, həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur. “- deyərək, çıxış edən Aytən Hüseynova vurğulayıb ki, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Nazirlər Kabinetinin  21 aprel 2005-ci il tarixli  “Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.3-cü maddəsinə görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir.

Mövzu ətrafında genis müzakirələr aparılmış bu barədə gənclərə ətraflı məlumatlar verilmişdir.

Musa Muradlı