Mingəçevirdə QHT informasiya savadlılığının artırılmasına görə növbəti seminar keçirib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mingəçevir Regioanal QHT-lərin Resurs və Təlimi”İctimai Birliyi tərəfindən həyata keçirilən “ Regionlarda uşaq və qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması” adlı layihə çərçivəsində “Mingəçevir Gənclər Evində” seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Hüseynova Aytən Famil qızı layihə barədə geniş məlumat verib. Qeyd edib ki, layihənin məqsədi Mingəçevirdə uşaq və qadınlar arasında informasiya texnologiları istiqamətində biliklərin artırılmasından ibarət olmuşdur.
Təlimdə səmərəli fikir mübadiləsi aparılıb. Həm internetin müsbət tərəflərindən, həm dövlətimizin İKT-nin inkişafına dəstəyindən danışılıb, internetin gələcəyimiz olan gənc nəslin nümayəndələri üçün yaratdığı problemlərə toxunulub. Çatışmazlıqların aradan qaldırılması üçün maraqlı təkliflər verilib. Hesab etmək lazımdır ki, bu təkliflər öyrənilməli və problemlərin aradan qaldırılması istiqamətində tətbiq edilməlidir.
Sonda Layihənin rəhbəri Aytən Hüseynova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.