22 Dekabr 2024

Mingəçevirdə informasiya texnologiyaları sahəsində biliklərin artırılması mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mingəçevir Regioanal QHT-lərin Resurs və Təlimi” İctimai Birliyi tərəfindən həyata keçirilən “ Regionlarda uşaq və qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması” adlı layihə çərçivəsində “Mingəçevir Gənclər Evində” seminar keçirilib.

Tədbirdə əvvəlcə ,  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Aytən Hüseynova  layihə haqqında ətraflı məlumat verdikdən sonra Təlimçi ekspert Eşqin Məmmədov qeyd edib ki, informasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.

İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Bütün texnologiya növləri içərisində informasiya texnologiyası «insan amilinə» çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.). Əldə оlunmuş bilikləri insan qоyulmuş məqsədlərə nail оlmaq üçün sоnradan öz praktiki fəaliyyətində istifadə edir və bu da infоrmasiyanın praqmatik aspektini əks etdirir.

Ekspertin maraqlı təlim çıxışından sonra iştirakçılar müzakirələrə qoşulub, onları maraqlandıran sualları səsləndiriblər.

Onu da qeyd edək ki, Seminarda Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kolleci, Lisey müəllimləri,  7 saylı, 14 saylı Bağça, İşıklı Gələcək , Gənclər evinin  tələbələri və müəllimləri iştirak etdilər.