28 Mart 2024

Mingeçevir su anbarı seysmik ərazidə yerləşir? – Baş direktor və şöbə müdirindən təzadlı AÇIQLAMALAR + VİDEO

“Mingeçevir su anbarının yerləşdiyi ərazidən dərinlik qırılması keçir və bu ərazidə yeraltı təkanlar qeydə alınır”.

Bu sözləri “Xəzər” TV-də yayımlanan “Xəbər Ertəsi” verilişinə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Mütəxəssisin fikrincə, həm sözügedən yerdə, həm də digər su anbarlarında müvafiq cihazlarla təkanların dinamikasının yoxlanmasına ehtiyac var.

Coğrafiya İnstitutunun şöbə müdiri Rza Mahmudov isə başqa fikirdədir. O bildirir ki, ölkəmizdə irili-xırdalı 120-yə qədər su anbarı var. Mingəçevir su anbarının yerləşdiyi ərazi isə hansısa seysmoloji təhlükədən xəbər vermir.

Bununla belə, Rza Mahmudov su anbarlarına nəzarətin daha da gücləndirilməli olduğunu deyir.

Həmin süjeti təqdim edirik:https://www.youtube.com/embed/snqjG6QMbu0