22 Oktyabr 2024

Mingəçevirdə kütləvi dava olub

Dava nəticəsində xəsarət alanlar var

Mingəçevirdə kütləvi dava olub. Media1.az -ın APA-ya istinadən məlumatına görə,şəhərdə bir qrup şəxsarasında başlayan mübahisə sərt münaqişəyə çevrilib.

Nəticədə şəhər sakinləri – 1980-ci il təvəllüdlü Eyyubov Məhəmməd Nizami oğlu 3 bıçaq xəsarəti alıb, 2004-cü il təvəllüdlü Əsədov Bürhan Yavər oğlunun isə baş nahiyəsinəküt alətlə zərbə vurulub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.