29 Mart 2024

Miloşeviçi mühakimə edən hakimdən Putinlə bağlı ŞOK BƏYANAT

Sabiq Serbiya lideri Slobodan Miloşeviçi keçmiş Yuqoslaviyada hərbi cinayətlər törətdiyinə görə mühakimə edən britaniyalı hakim Ser Geoffrey Nice deyib ki, Rusiya prezidenti Vladimir Putin də bu il müharibə cinayətlərinə görə mühakimə olunmalıdır.

Media1.az-ın xəbərinə görə, BBC-yə danışan Geoffrey Nice deyib ki, Putin müharibə zamanı mülki insanları hədəfə almaqda məsuliyyət daşıyır və siyasətçilərin bu məsələni lazımi şəkildə izah etməməsi təəccüblüdür.

Moskva müharibə cinayətləri ilə bağlı iddiaları rədd etsə də, Nice işğala insanlığa qarşı cinayət kimi baxılmalı olduğunu vurğulayıb.