23 Dekabr 2024

Millimizin oyunları Belçikada olacaq

17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.

Qarşılaşmalar 5 – 12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.