Millimiz Afinaya 14 futzalçı ilə yollanır
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas seçmə mərhələsində Yunanıstan yığması ilə keçirəcəyi səfər oyunu üçün heyəti açıqlanıb.
Musavat.com federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Afinaya 14 futzalçı ilə yollanacaq.
Gecə saatlarında Bakı-İstanbul-Afina hava reysi ilə yola düşəcək yığmanın heyətində aşağıdakı oyunçular yer alıb:
1 | Rövşən Hüseynli | Araz-Naxçıvan |
2 | Emin Kürdov | Neftçi İK |
3 | Xətai Bağırov | Beşiktaş Gent (Belçika) |
4 | Cohnatas Felipe “Felipinyo” | Araz-Naxçıvan |
5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
6 | Amir Shojaei | Bayterek (Qazaxıstan) |
7 | Hadi Ahmadi | Bayterek (Qazaxıstan) |
8 | Amadeu | Marreko (Braziliya) |
9 | Rafael Vilela | Kayrat (Qazaxıstan) |
10 | Everton Cardoso Qalo” | Bintang Timur (İndoneziya) |
11 | Oktay Rüstəmli | Araz-Naxçıvan |
12 | FineoDe Araujo | Sportinq Paris (Fransa) |
13 | Tyaqo Bolinya | Sportinq Paris (Fransa) |
14 | İsa Atayev | Beşiktaş Gent (Belçika) |
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.