08 Sentyabr 2024

Milli Məclis tətilə yollandı

“Milli Məclis payız sessiyasında 19 iclas keçirib, 86 qanun və qərar qəbul olunub”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının son iclasındakı çıxışında bildirib. O qeyd edib ki, payız sessiyasının mühüm bir dövrü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı işğaldan azad etdiyi dövrə təsadüf edib:
“Azərbaycan parlamenti də qəlbən döyüş meydanında idi”.

Sədr əlavə edib ki, bu günlərdə xarici ölkə parlamentlərinə, ayrı-ayrı qurumlara 500-dək məktub göndərib:
“Deputatlar xalqımızın haqq işini müdafiə etmək üçün hər bir imkandan istifadə edib. Şəhid ailələri və yaralılara dəstək məqsədilə Prezident tərəfindən yaradılmış “YAŞAT” Fonduna Milli Məclisin deputatları, Aparat işçiləri tərəfindən 108,2 min manat vəsait köçürülüb”.

S.Qafarova çıxışından sonra sessiyanı bağlı elan edib. Qarşıdakı bayramlar münasibətilə təbriklərini çatdırıb.

Təklif edib ki, Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlasınlar. Deputatlar alqışlarla bu təklifə dəstək veriblər. Dövlət himninin oxunması ilə sessiya işini yekunlaşdırınb və deputatlar qış tətilinə gediblər.

E.Paşasoy,
Musavat.com