13 İyul 2024

Millət vəkili Fatma xanım Yıldırım Ümumxalq Hüzn Günündə seçicilərinin yanında olub

Bərdədə də şəhidlərin xatirəsi ehtiramla yad edilib

Ölkəmizin hər yerində olduğu kimi Bərdə rayonunda da şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Bərdə şəhərindəki şəhidlər xiyabanına səhər saatlarından başlayaraq bərdəlilər baş çəkməyə başlayıblar. Bərdə RİH-nin başçısı Vidadi İsayev, Millət vəkili Fatma Yıldırım, YAP Bərdə RT-nın sədri Fəqət Şadlinskaya, Hüquq Mühafizə Orqanlarının rəhbərlər və ictimaiyyətin çoxsaylı nümayəndələri  Bərdə şəhidlər xiyabanına gələrək şəhid məzarlarını ziyarət ediblər. Şəhid məzarlarının üzərinə tər qərənfillər qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

Sonra ziyarətlər kəndlərdəki şəhid abidələrinin abadlaşdırma və yeni tikintidən sonra açılışlara qatılmaqla davam etdirilib. Əvvəlcə Millət vəkili Fatma Yıldırım, YAP Bərdə RT-nın sədri Fəqət Şadliniskaya, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseyinova Cəyirli kəndindəki şəhidlər abidəsini ziyarət etmişlər.

Əyricə kəndindəki şəhid abidəsinə baş çəkməklə Millət vəkili Fatma Yıldırım , YAP Bərdə RT-nın sədri Fəqət Şadlinskaya və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,  Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseyinova abidə önünə gül dəstəsi qoyaraq  şəhidlərin xatirəsini yad etmişdir. Sonra Yeniləşən Dövlətə Dəstək İçtimai Birliyinin  Qarabağ bölgəsi üzrə  sədri Bəxtiyar  Hüseynov şəhid ailələlərinə təşkilatın fəxri fərmanlarını hədiyyə etmişdir.