Messi Pelenin rekordunu təkrarladı
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lionel Messi ölkə çempionatının “Valensiya”ya qarşı matçının birinci hissəsində fərqlənib.
Modern.az xəbər verir ki, Messi birinci hissənin sonunda topu başı ilə qapıdan keçirib. Bu, 33 yaşlı argentinalı üçün Kataloniya klubundakı matçlarda 643-cü qol olub.
Messi bir klubda qolların miqdarına görə braziliyalı Pele ilə bərabər olub. Pele Braziliyanın “Santos” komandasının heyətində də bu sayda qol vurub.
Argentinalı “Barselona”da 747-ci matçı keçirir.