01 İyun 2025

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

Meia1.az Musavat.com-a istinadən  xəbər verir ki, bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.