06 Fevral 2025

Mehman Hüseynov saxlanılıb və sərbəst buraxılıb

Polis əməkdaşları tərəfindən saxlanılan blogger Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxılıb.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, hər iki şəxs bu gün səhər saatlarında Novxanıda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.

Bir neçə saat sonra onlar sərbəst buraxılıblar.

Mehman Hüseynov Novxanıda məmurlardan birinin villası ilə bağlı çəkiliş aparmaq istədiklərini bildirib. Amma həmin məmurun kim olması haqda məlumat verməyib.

Blogger qeyd edib ki, kamerası və çəkiliş üçün istifadə etdiyi dron aparatı hələlik müsadirə edilib.