21 Noyabr 2024

Məhkəmə-Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi söhbətlər aparıldı – FOTOLAR

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Musavat.com xəbər ki, yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Daha sonra cari məsələlərə, o cümlədən məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com