21 Noyabr 2024

Mədəniyyət Nazirliyinin nümayəndələri ADMİU-da kadr hazırlığı prosesi ilə tanış olublar

Aprelin 29-da mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb.

2023-cü ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.

Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin “Teresa Karranın tüfəngləri” tamaşasını izləyiblər.