Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Media1.az xəbər verir ki, seçki azad,demokratik və şəffaf şəraitdə baş tutub. Respublikanın xeyli sayda tanınmış ziyalılarının qatıldığı seçkidə güclü rəqabət müşahidə olunub.
Onu da qeyd edək ki, 49 namizəddən yalnız 1 nəfər, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyindən Əlibəyov Gəray Ayaz oğlu İctimai Şuraya üzv seçilə bilib.
9 nəfərlik şura üzvlüyünə boş qalmış qalan 8 yer uğrunda seçkinin II turu qaçılmaz olub. Növbəti seçkinin vaxtı iyulun 16-na təyin edilib. Seçki saat 10:00-dan – 14:00 arasında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.



