23 Fevral 2025

Mədəniyyət nazirinin həbs edilən sabiq müavini zərəri ödədi, prokuror 10 il həbs cəzası istədi

Mədəniyyət nazirinin həbs edilən keçmiş müavini Rafiq Bayramov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatrıladaq ki, Rafiq Bayramov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə ilə ittiham edilir.

Sabiq nazir müavininin işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Rafiq Bayramovun yaxınları zərəri ödəyib.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.