21 Noyabr 2024

Mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Elməddin Mahir oğlu Yusibovun anım mərasimində iştirak ediblər

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və regional idarənin əməkdaşları 2 noyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Yusibov Elməddin Mahir oğlunun anım mərasimində iştirak ediblər. Mədəniyyət işçiləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarına qərənfillər düzüblər.

Regional idarə adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran idarə rəisi Vəsilə Möhsümova şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib. Bildirib ki, bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə hər birimiz fəxr edirik.

Qeyd edək ki,  əsgər Yusibov Elməddin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücum zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş və oktyabrın 30-da orada şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə əsgər Yusibov Elməddin Mahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.