08 Sentyabr 2024

“Manqurt” tamaşası onlayn göstərildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tamaşaların onlayn nümayişini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu dəfə sənət ocağı “Manqurt” tamaşasını “Facebook” səhifəsi vasitəsilə onlayn təqdim edib.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.