Malatyada insanlar koronavirusdan qorunmaq üçün arıdan istifadə edirlər
Türkiyənin Malatya şəhərində bəzi insanlar koronavirusdan qorunmaq üçün özlərini bal arılarına sancdırırlar.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bəzi şəxslər hesab edir ki, bal arısı insanı sancanda onda immuniteti gücləndirir, nəticədə koronavirusa yoluxma ehtimalı tamam azalır. Bu səbəbdən insanlar bal arıları alaraq, vaxtaşırı özlərini ona sancdırırlar.
Mütəxəssislər isə bu barədə dəqiq elmi araşdırma olmadığını, arı sancmasının bəzi hallarda təhlükəli olduğunu bildirirlər.
Bəzi mütəxəssislər isə bal arılarının sancmasının müalicəvi təsirləri olduğunu iddia edirlər. Lakin bildirilir ki, bu, həssas insanlar üçün keçərli deyil. Arı sancmasının oynaq, bel ağrılarında, revmatizm xəstəliyində təsiri ola bilir. Lakin bu, mütəxəssis nəzarəti altında, yalnız bal arılarından istifadə olunaraq tətbiq edilməlidir.
Xalidə Gəray
Musavat.com